Şəkidə Penitensiar Xidmətin 4 əməkdaşı avtomobil qəzasında ölüb

Avtomobil qəzası (Foto Azərbaycanın kriminal həyatı Facebook səhifəsindən götürülüb)

Şəki rayonunda (Bakıdan 352 kilometr şimal-qərb) Penitensiar Xidmətin 4 əməkdaşı avtomobil qəzasında ölüb.

Hazırda dünyasını dyişmiş Penitensiar Xidmətin əməkdaşlarının cəsədləri Şəki rayon Xəstəxanasının morqundadır. Morqun qarşısına çoxsaylı insanlar toplaşıb.

Avtomobil qəzası avqustun 26-da saat 23 radələrində Şəki-Qax avtomobil yolunun 15-ci kilometrində baş verib. Toydan qayıdarkəın OPEL markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. Avtomobildə olan Penitensiar Xidmətin 4 əməkdaşının hamısı ağır xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.

Şəki rayon Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, hazırda baş verən hadisə ilə bağlı araşdırma aprılır, müstəıntiq hadisə yerindədir. Qəza nəticəsində Elşən Əlizadə, Asif Sədiyev, Araz Abdullayev və Seymur Mustafayev dünyasını dəyişib.