Azərbaycan vətəndaşlarından ibarət zəvvarların avtobusu Iranda qəzaya uğrayıb

Azərbaycanlı zəvvarların avtobusu Iranda qəzaya uğrayıb

Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb
Aprelin 13-də Iranın Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Kərbəla və Məşhəd ziyarətindən qayıdan Azərbaycan vətəndaşlarının olduğu avtobus qəzaya uğrayıb.

Bu barədə İRİB- Iran Azeri Radiousu məlumat yayıb.

Məlumata görə qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 31 sərnişin olub.

Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb.

Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Xəsarət alanların hələlik ad və soyadları açıqlanmayıb. Digər sərnişinlər isə avtobusdan təxliyə olunublar.

Səhər TV-nin yaydığı məlumata görə isə avvtobusları qəzaya uğramış və pasportları yanmış 9 zəvvar keçən gecəni İranın Biləsuvar gömrüyündə qalandan sonra İranın Bakıdakı səfiri Möhsün Pak Ain-in vasitəçiliyi ilə Bakıya qayıtmağa icazə alıb. Onlar Azərbaycana dönüblər.