Sebastian Kurz dünyanın ən gənc lideri olmaq üzrədir [Video]

Your browser doesn’t support HTML5

Bazar günü Vyanada Xalq Partiyasının xarizmatik lideri çıxış edərək bildirib ki, o “yeni mədəniyyət”in yaradılması və “ölkəni daha müsbət etmək” üçün əlindən gələni edəcək.

“Bu gün digərləri üzərində qələbə qazanmaq günü deyil. Bu gün ölkə üçün həqiqi dəyişikliklər etmək günüdür. Biz ölkəni dəyişmək üçün güclü mandat qazandıq. Bunu mümkün etdiyiniz üçün təşəkkür edirəm.”

Təhlilçilər deyirlər ki, Kurz mühafizəkar partiyanı yenidən qurmağa və Avstriya sağçılarını ilhamlandırmağa müvəffəq oldu. Bu seçicilər Yaxın Şərq, Afrika və Asiyadan gələn mühacirlərlə bağlı narahatdırlar. Ehtimal edilir ki, Kurz populist Azadlıq partiyası ilə koalisiya yaradacaq. Partiyanın lideri Hayz-Kristian Ştrahe seçki dövrü dəfələrlə Kurzu tənqid edib.

“O yeddi il hökümətdə olub. Biz bu dövrdə baş verənləri görmüşük və o, İnteqrasiya Naziri kimi bu dövrdə verilən mənfi qərarlara görə məsuliyyət daşıyır.”

Növbədənkənar seçkilər Avstriyanın iqtidar koalisiyasının dağılmasından sonra baş tutub. Avstriya kansleri Kristian Kern seçki günü səhəri optimistliyini qoruyurdu. Amma Vyana meri əhəmiyyətli seçki dairəsi haqqında skeptik idi.

“Avstriya çox mürəkkəb vəziyyətdədir. Qorxuram ki, sağ qalib gəlsə, vəziyyət yaxşı istiqamətə dəyişməyəcək. Bu sözləri Yaşıl Partiyanın güclü olduğu ərazinin meri kimi deyirəm. İşlər yaxşı getməyəcək.”

9 milyon əhalisi olan Avstriya 2015-ci ildə siyasi sığınacaq almaq istəyən 90,000 mühaciri qəbul edib. Keçən dekabr Azadlıq partiyası namizədi Norbert Hofer anti-mühacir ritorikası ilə prezident seçkilərində qalib gəlməyə çox yaxın idi. Ona görə də Kurzun Azadlıq partiyası ilə koalisiyasının baş tutacağı gözlənilir. Hesab olunur ki, bu partiya sosial demokrat ideyaları yox, keçmiş faşist ideyaları üzərində formalaşıb.

“1945-ci ildən sonra siyasətçilər insanlar üçün çalışırdılar. Fikrimcə, bu artıq belə deyil.”

Beləliklə, dünyanın ən gənc liderinin seçilməsi ilə Avstriya siyasəti uzun müddət ərzində ilk dəfə sağa meyl etmiş ola bilər.