Almaniya və Avstriya sərhədlərini qaçqınlara açıb

Bu gün Budapeştin Keleti vağzalında günlərlə sürən yubanmalardan sonra qaçqınlarla dolu qatarlar Almaniyaya çatıb.

Qaçqınları daşıyan qatarlar Avstriya sərhədlərini keçərək Almaniyaya istiqamət alıb. Minlərlə qaçqın naməlum statusla Avropa İttifaqına üzv ölkələrdən sığınacaq tələb edir.

Avstriya rəsmiləri bir neçə min qaçqının yardım paketləri və qalmaları üçün yerlərlə təmin edildiyini bildirib.

Avstriya və Almaniya miqrantları maneəsiz qəbul ediləcəyini bəyan edib. Avstriya kansleri Uerner Faymann bunu Almaniya kansleri Angela Merkellə müzakirələrdən sonra elan edib.

Faymann qərarın Macarıstan sərhədlərində yaranan fövqəladə vəziyyətə görə qəbul edildiyini bildirib.