Avstraliya ABŞ-ın Trampın "mənasız" adlandırdığı razılığa sadiq qalacağını bildirir

Avstraliyanın baş naziri Malkolm Türnbul ABŞ prezidenti Donald Tramp arasında davamlı telefon danışıqları aparıldığına dair məlumatın yayılmasından sonra deyib ki, Tramp telefonu yerə qoymayıb, əksinə Avstraliyaya üz tutan qaçqınların saxlanmasından sonra onların Amerikada yerləşdirilməsinə yardımla bağlı razılığa əməl ediləcəyini bildirib.

Buna inana bilirmisiniz? Obama administrasiyası Avstraliyadan minlərlə qanunsuz mühaciri qəbul etməyə razılıq verib. Niyə?

Razılıq Barak Obamanın hakimiyyəti dövründə əldə edilib. Tramp Amerikaya qaçqın qəbulunu dayandırmasına baxmayaraq, sənəddə istisnalar da yer alır.

The Washington Post-un məlumatında deyilir ki, Tramp Avstraliyanın baş nazirinə razılığın dünyanın ən yarasız sənədi olduğunu və o ölkənin növbəti Boston hücumçularını ABŞ-a idxal etmək istədiyini deyib.

Ağ Ev əksəriyyəti Əfqanıstan, İran və İraqdan olan 1200 qaçqının ölkəyə daxil olmasına icazə verilməzdən əvvəl ciddi yoxlanışdan keçiriləcəyini bildirib.

Tramp razılığı Twitter hesabında dünən gecə tənqid edib.

“Buna inana bilirmisiniz? Obama administrasiyası Avstraliyadan minlərlə qanunsuz mühaciri qəbul etməyə razılıq verib. Niyə? Mən bu mənasız razılığı ciddi şəkildə araşdıracağam!”- deyə ABŞ dövlət başçısı yazıb.

Bundan az sonra Malkolm Türnbul Avstraliyanın 2BG radiona Trampın razılığa sadiq qalacağını bildirib.

O əlavə edib ki, razılıq Amerikanın təhlükəsizlik sisteminə əsasən qaçqınların olduqca ciddi şəkildə araşdırılmasını nəzərdə tutur. Amerikanı ən mühüm müttəfiqi adlandıran Avstraliya lideri o ölkə ilə səmimi müzakirələr keçirildiyini vurğulayıb.

Son günlər Trampın sərəncamının "qadağa" adlandırılması ətrafında mübahisələr gedir. Ağ Evin mətbuat katibi Şon Spayser bunun qadağa olmadığını deyib və bu terminin işlənməsinə görə mətbuatı günahlandırıb.