Avstraliyada COVID-19-dan ölüm halları rekord həddə yüksəlib

Avstraliyanın COVID-19 böhranı güclənməkdə davam edir. Bir gün əvvəl Victoriya ştatında 723 yeni yoluxma halı qeydə alınıb, 13 nəfər isə ölüb. Virusun yayılmasının qarşısının alınması üçün Avstraliyanın şərqindəki bəzi daxili sərhədlər yenidən bağlanacaq.

Çərşənbə günü Avstraliyada pandemiyanın ən ölümcül günü olub. Ölkənin əhalis baxımından ikinci böyük ştatı Viktoriyada son 24 saat ərzində 720-dən çox yoluxma, 13 ölüm halı qeydə alınıb.

"Viktoriyada bu qlobal pandemiya nəticəsində ölənlərin ümumi sayının 105-ə çatması məni kədərləndirir. Son bir gündə 13 nəfər ölənlər 70 yaşlarındakı 3 kişi və 3 qadın, 80 yaşlarındakı 3 kişi və 2 qadın, 90 yaşlarında 2 kişidir. Həmin ailələrə başsağlığı verir, ən xoş arzularımızı və dualarımızı çatdırırıq. Bu, olduqca çətin zamandır" - deyə, Victoria ştatının baş naziri Daniyel Endryus bildirib.

Fəlakət zonalarına göndərilən mütəxəssis qrupları hazırda Victoriya ştatındakı virusun ciddi şəkildə yayıldığı qocalar evlərinə göndərilir. Avstraliyanın federal səhiyyə naziri Qreq Hant yardım qruplarını tibb dünyasının xüsusi qüvvələri adlandırıb. Hərbi qüvvələr də virusa yoluxan xəstələrin özlərini təcrid etmələrinə yardım edir.

Victoria ştatının paytaxtı Melbornda bu ayın əvvəlində ikinci dəfə 6 həftəlik məhdudiyyət lər tətbiq edilib. Beş milyon insan evdə qalmaq göstərişinə riayət etməlidir. Onlar yalnız vacib olduğu təqdirdə evlərini tərk edə bilər və bunu edərkən maska taxmaq məcburidir.

Mart ayında xarici səyyahlar üçün bağlanan Avstraliyanın beynəlxalq sərhədləri çox guman ki, gələn ilə qədər bağlı qalacaq. Evə qayıdan Avstraliya vətəndaşları 14 gün mehmanxanalarda məcburi karantində saxlanacaq.

Avstraliyada təxminən koronavirusa 15,500 təsdiqlənmiş yoluxma, 175-dən çox ölüm halı qeydə alınıb.