Avstraliyanın yeni baş naizir Culia Qillardın sözlərinə görə, o, ölkəsinin qoşunlarını Əfqanıstandan çıxarmayacaq. Xanım Qillard deyib ki, o ilk olaraq ABŞ prezidenti Barak Obamaya zəng edərək, ölkəsinin Əfqanıstanda missiyada öhdəliyini bir daha təsdiq edib. Avstraliyanın Əfqanıstanda 1600 əsgəri xidmət edir və onlar əsasən əfqan qüvvələrə Uruzqan vilayətində təlimlər keçir. 2001-ci ildə ABŞ-ın başçılığı Talibana qarşı mübarizə başlayandan bəri Avstraliyanın 16 əsgər həlak olub. Bu həftənin əvvəli Avstraliyanın müdafiə naziri bildirmişdi ki, təhlükəsizliyə nəzarətin əfqanların öz üzərinə götürməsi üçün onun ölkəsi iki il ərzində qoşunlarını Əfqanıstandan çıxara bilər. Culia Qillard son aylar ictimaiyyətin dəstəyini itirmiş Kevin Rudu əvəz edərək, Avstraliyanın ilk qadın baş naziri olub.
Ölkənin ilk xanım baş naziri ABŞ prezidenti Barak Obamaya zəng edərək, ölkəsinin Əfqanıstanda missiyada öhdəliyini bir daha təsdiq edib