Avstraliya qlobal istiləşmə riski qarşısındadır

Yeni açıqlanan hesabata görə, bir vaxtlar təhlükəsiz olduğu düşünülən ərazilərdə qlobal istiləşmə riski artırdığı üçün Avstraliya ekstremal hava şəraiti təhlükəsinə davam gətirə bilmir.

Avstraliya ekstremal hava şəraitinin tez-tez olduğu bir ərazidir. Ora dünyada quraqlığın illərlə davam edə biləcəyi və insanların yaşadığı ən quru qitədir. 2019-20-ci illərin Qara Yayındakı meşə yanğınları qitə tarixində ən intensiv yanğınlar olub. Bu da o deməkdir ki, istilik dalğaları ən ölümcül təbii təhlükə yaradıb.

Müstəqil qeyri-hökumət təşkilatı olan İqlim Şurasının yeni hesabatında deyilir ki, Avstraliyada 1970-ci illərdən bəri ekstremal hava şəraiti ilə bağlı xərclər təxminən iki qat artıb.

Hesabatda iqlim dəyişikliyi ilə əlaqəli yanğınların, daşqınların, quraqlıqların, fırtınaların və dəniz səviyyəsinin qalxmasının 2038-ci ilə qədər hər il ölkə iqtisadiyyatına 76 milyard dollara qədər zərər verə biləcəyi barədə xəbərdarlıq edilib.

BMT baş katibinin fəlakət riskinin azaldılması üzrə keçmiş xüsusi nümayəndəsi Robert Qlasser Avstraliyanın yeni inkişafların planlaşdırılmasında əsaslı dəyişikliklər etməsinin gərək olduğunu deyib.

"Daşqın zonalarında və həddindən artıq yanğın təhlükəsi olan ərazilərdə yollar və evlər inşa edilərsə, təhlükələr meydana gəldikdə zərər də ciddi olacaq. İkinci ən vacib səbəb iqlim dəyişikliyidir. İndi biz həmin ərazilərdə iqlim dəyişikliyi ilə təhlükənin artırdığını görürük. Bu səbəbdən də bu iki amili birləşdirirəndə artan təsirlərin proqnozlarını görürük” - deyə, Robert Qlesser bildirib.

2020-ci il yanğınlarla başladı və daşqınlarla başa çatdı. Bu, Avstraliyada rekord göstəriciyə görə dördüncü ən isti ili idi. 2019-cu il isə indiyə qədər qeydə alınan ən isti və ən quru il olmuşdu. İqlim Şurasının hesabatında bildirilir ki, daha sərt addımlar atmadığı təqdirdə Avstraliyanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalq Paris Sazişi müqaviləsi ilə “uyğun hərəkət etməsi” qeyri-mümkün olacaq.