Avstraliya miqrant icmalarda məcburi evliliyə son qoymağa çalışır

Avstraliyada miqrant icmaların məcburi evliliyə son qoyulması kampaniyası başladılıb.

5 il əvvəl, 2013-cü ilin mart ayından məcburi evliliklər qeyri-leqal elan edilib. Lakin buna baxmayaraq, uğurlu mühakimərlər baş tutmayıb.

Evdə qalsa idim, bir-iki həftəyə məni də zorla ərə verəcəkdilər

Kampaniya iştirakçıları çox hallarda 18 yaşından aşağı qızların məcburi ərə verildiyini deyir. Lakin bir çoxları ailə və icmalarından təcrid ediləcəkləri qorxusu ilə polisə müraciət etmir. Miqrantlar polisə izahat vermək və ya qohumlarını satmaqdan boyun qaçırır.

Avstraliyanın Köləlik Əleyhinə təşkilatının direktoru Cennifer Börn problemin əsl göstəricilərinin bəlli olmadığını deyib.

“Məcburi ərə verilən və ya məcburi evliliklə üzləşən daha nə qədər icma olduğunu bilmirik” – deyə, o bildirib.

Bi Əl- Dərrac adlı qız iki bacısının zorla İraqa ərə verilməsindən sonra evdən qaçıb.

“Onların başına gələnlər məni çox qorxutdu. Mən belə bir şey yaşamaq istəmirəm. Evdə qalsa idim, bir-iki həftəyə məni də zorla ərə verəcəkdilər”- deyə, o bildiribib.

Bu ilin əvvəlidə Avstraliyada məcburi evliliklərə görə 1 il müddətinə məhkəmə qanuni qüvvəyə minib. Bu müddət qızlara əlavə vaxt qazandırmış olur.

Kanberra hökuməti bu növ evlilikləri köləliyə əsalandığını, gender və insan haqlarının pozulması adlandırır.

Britaniyada da məcburi evlilikləri yasaqlayan qanun qəbul edilib.

Avstraliyada əsasən Banqladeş, Əfqanıstan, Hindistan və Pakistandan olan miqrantların qadın və qızları məcburən ərə verilir.