Avstraliyada hücum həyata keçirməyi planlaşdıran şəxs həbs edilib

Avstraliya polisi Melburnda izdihamlı meydanda kütləvi qətliam həyata keçirməyi planlaşdırmaqda ittiham olunan şəxsi həbs edib.

Avstraliyada somalili valideyinlərin ailəsində doğulan 20 yaşlı bu şəxsin çərşənbə axşamı terror hücumu etmək də daxil olmaqla bir neçə ittiham səbəbilə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Polis onun Melburndakı Federasiya Meydanında hücum həyata keçirmək üçün avtomatik tüfəng almağa çalışdığını bildirib.

Terrorizmlə mübarizə polisi radikal islmaçı olaraq bilinən bu şəxsi bir müddət təqib etdikdən sonra, o silah almaq üçün bəzi insanlarla görüşəndə onu həbs edib.

Avstraliyada sərt silah qanunları mövcuddur, fərdi şəxslərin isə avtomatik silahlara sahib olması qadağandır.