Avstraliyalıların əksəriyyəti həmcins nikahlara dəstək ifadə edib

Avstraliyalıların əksəriyyəti ölkə miqyasında poçt vasitəsilə keçirilən sorğuda eynicinsli nikahlara dəstəklərini ifadə ediblər. Bu nəticədən sonra parlament ilin sonuna qədər eynicinsli nikahlara icazə verilməsi ilə bağlı müzakirələr keçirəcək.

Çərşənbə günü hökümət sorğuda iştirak edən qeydiyyatdan keçmiş yetkin insanların 62 faizinin islahatın lehinə səs verdiyini elan etdikdən sonra ölkə üzrə eynicinsli nikahların dəstəkçiləri bayram edib.

Mühafizəkar hökümət 7 dekabr tarixində müddəti tamam olan parlamentin son iki həftəlik sessiyası zamanı Avstraliyada nikah bərabərliyinə icazə verən qanun layihəsini nəzərdən keçirəcəyini söz verib.

Beləliklə, Milad bayramına qədər eynicinsli nikah qanuniləşə bilər. Lakin bəzi qanunvericilər sorğunun nəticəsindən asılı olmayaraq, bu təşəbbüsün əlehinə səs verəcəklərini bildiriblər.