Avropanın maliyyə böhranının həlli səyləri davam etdirilir

  • Amerikanın səsi

Avropanın maliyyə böhranının həlli səyləri davam etdirilir

Fransa və Almaniya Avropanın borc böhranının həlli məqsədi ilə qlobal, davamlı və çevik ölçülər götürüləcəyinə vəd verib. Bu gün Berlində danışan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi bu ilin sonunadək planlarını açıqlayacaqlarını deyib. Xanım Merkel bildirib ki, Pais və Berlin iqtisadi və maliyyə siyasətləri sahəsində əməkdaşlığı dərinləşdirir. Ölkə liderləri Yunanıstanı iflas uçurumuna sürükləyən və avronun sabitliyini hədə altına alan maliyyə böhranının həlli üçün razılığı başa çatdırmaq üçün görüşüb. Gələn ayın əvvəllərində Fransa Böyük İyirmiliyin sammitinə ev sahibliyi edəcək.