İslandiyada vulkan püskürməsi nəticəsində yayılan kül Avropanın bəzi bölgələrinə reyslərin təxirə salınmasına səbəb olub. Avropanın hava nəqliyyatı agentliyi Eurocontrol-un bildirdiyinə görə, təkcə bu gün 250 uçuş ləğv edilib. Grimsvotn vulkanından qalxan duman Britaniya ərazisinə doğru irəliləyir. İslandiyanın meteorologiya mərkəzi adanın ən böyük buzlağı altında olan vulkanın hələ də 9 km-lik yüksəkliyə püskürməkdə davam etdiyini bildirir. Proqnozlar dəqiq olmasa da, vulkan dumanının Skandinaviya,Fransa və İspaniyaya çata biləcəyi təxmin edilir.