Avropada rekord isti hava müşahidə edilir

Qərbi və mərkəzi Avropada bir neçə gündür ki, yüksək isti günlər müşahidə edilir. Bir neçə ölkədə müşahidə edilən tarix ərzində ən isti gün rekordları qeyd alınıb.

Fransada rekord istilik cümə günü qeydə alınıb. Fransanın yeni istilik rekordu daha öncəki rəqəmdən 2 dərəcə yuxarı qalxaraq, 45.9 selsius dərəcə təşkil edib. Kölgədə bu isti temperatur ölkənin cənubundakı Monpelye şəhərində müşahidə edilib.

Polşada və Çexiyada iyun ayı üçün rekordlar qeydə alınıb. Bu ölkələrdə temperatur 38 dərəcəyə çatırdı. Bu gün Almaniya, Polşa və Çexiyada oxşar isti gün olacağı gözlənilir.

Avropanın ən isti temperaturu Fransanın cənubunda və İspaniyada qeydə alınıb. Bu ölkələrdə bir neçə gündür ki, temperatur 40 dərəcədən yuxarı qalxır. İspaniyanın şimal-şərqində və mərkəzi hissəsində meşə yanğınları müşahidə edilir.

İsti havanın səbəbinin Afrika Saharasından gələn isti dalğalar olduğu deyilir.

Növbəti həftə Avropda hava normallaşacağı gözlənilir.

İqlim alimləri bildirirlər ki, bu ilin iyun ayı temperaturun müşahidə edildiyi zaman ərzində tarixin ən isti iyun ayı olacaq. Alimlər bunun qlobal istiləşmə və iqlim dəyişikliyi nümunəsi olduğunu deyirlər.

İqlim dəyişikliyi mübarizədə fəallığı ilə tanınan Fransa prezidenti Emanuel Makron bildirib ki, bu cür hadisələr insanların vərdişlərinin dəyişidirməli olmaları, yeni realllığa adaptasiya etmələri barəsində düşünməyə məcbur edir.