Pis hava şəraiti Britaniya ilə Fransa və Belçika arasında dəmiryolu xidməti olan Eurostar-ı reyslərinin ləğvinə məcbur edib
Ardıcıl iki gün davam edən güclü qar yağıntısı Avropanın bəzi yerlərində səfərlərin təxirə salınması ilə nəticələnib. Qeyri-sabit hava şəraiti xüsusilə Böyük Britaniyanı öz təsirinə məruz qoyub. The Gatwick hava limanının rəsmiləri deyir ki, pis hava şəraiti səbəbilə aeroport bağlanıb və digər iki hava limanının fəaliyyətində isə ləngimələr qeydə alınıb. Soyuq qış havası Britaniya ilə Fransa və Belçika arasında dəmiryolu xidməti olan Eurostar-ı bu gün reyslərini ləğv etməyə, bəzilərini isə təxirə salmağa məcbur edib. Rəsmilər insanları yalnız vacib olduğu təqdirdə avtomobillərlə yola çıxmağa çağırıb.