Avropa Komissiyası Azərbaycanda miqrasiya islahatlarına vəsait ayırıb

Avropa İttifaqı 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir

Avropa Komissiyası19,5 mln avro ayırıb. İslahatlar viza əldə edilməsinin, Azərbaycan vətəndaşlarının Avropa ölkələrində hərəkətinin asanlaşmasına kömək edəcək
Azərbaycanın miqrasiya və ədliyyə sistemi Avropa Komissiyasından 19,5 mln avro alacaq. Vəsait bu sahələrdə islahatlara ayrılır.
Avropa Komissiyasının məlumatında deyilir ki, bu dəstək viza əldə edilməsinin, Azərbaycan vətəndaşlarının Avropa ölkələrində hərəkətinin asanlaşmasına kömək edəcək.
Layihə proqrama cəlb edilən ölkələrdə yeni iş yerlərinin yaradılması ilə regional, sosial, iqtisadi fərqlərin aradan qaldırılmasına kömək edəcək.
Azərbaycana dəstək siyasi məsləhətləşmələri, təhsil və peşə hazırlığında praktik köməyi nəzərdə tutur.
Layihə Avropa Qonşuluq və Tərəfdaşlıq aləti vasitəsilə həyata keçirilir.
Layihə Avropa qonşuluq siyasəti, prioritetlər planı və institusional islahatların həyata keçirilməsinə yönəldilib.
Məlumatda deyilir ki, bu məqsədlə bir sıra alətlər səfərbər ediləcək.