Noyabrın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi müxalifət fəalları İlham Hüseyn, Təzəxan Mirəmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərarını elan edib. Bu barədə adları sadalanan insanların Avropa Məhkəməsində hüquqlarını müdafiə edən vəkil Asabəli Mustafayev məlumat yayıb.
Vəkil bildirir ki, Avropa Məhkəməsi bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu tanıyıb.
“Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000 avro, hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb. Cəmi 78 000 avro”, vəkil qeyd edir.