Məhkəmə 10 müxalifətçinin azadlıq və ədalətli məhkəmə hüququnun pozulduğunu tanıyıb
Strasburq məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların Azərbaycan hökuməti tərəfindən pozulmasını tanıyaraq 10 nəfər ölkə vətəndaşının şikayətini təmin edib. Bu barədə Amerikanın Səsi radiosuna vəkil Əsabəli Mustafayev bildirib. O vətəndaşlardan 9-nun hüquqlarını müdafiə edir.
Söhbət 2003-cü il oktyabrın 16-da, prezident seçkilərindən bir gün sonra keçirilən etiraz aksiyasında iştiraka görə həbs edilənlərdən gedir. Onlar Müsavat Partiyasının fəalları – Həsən Məmmədov, Bəhruz Əsədbəyli, Elşad Məmmədov, Saleh Əliyev, Emin Hüseynli, Şirəli Həmidov, Sadiq Daşdəmirli, Ramiz Quliyev, hüquq müdafiəçisi və din xadimi İlqar İbrahimoğlu, “Ehtiyatda Olan Zabitlər Birliyi” QHT-nin rəhbəri Yaşar Cəfərlidir.
Onlar həbslərinin qanunsuz olması ilə bağlı iddia qaldırmışdılar və Strasburq məhkəməsi vətəndaşların azadlıq, ədalətli məhkəmə çəkişməsi hüququnun pozulmasını tanıyıb.
Məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti E.Məmmədova 12 min avro, İ.İbrahimoğluna 12,4 min avro, qalanların hər birinə 10 min avro ödənilsin.