Genişlənmə və Avropa qonşuluğu məsələləri üzrə Avropa Komissarı Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb
Noyabrın 23-də Brüsseldə Genişlənmə və Avropa qonşuluğu məsələləri üzrə Avropa Komissarı Ştefan Fülenin Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü keçirilib.
Avropa İttifaqının Bakı ofisinin press-relizinə əsasən, tərəflər ikitərəfli münasibətlər məsələlərini müzakirə edərək, onları genişləndirmək və dərinləşdirmək istəklərini ifadə ediblər.
Avropa Komissarı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın Avropa Qonşuluq Siyasətinə uyğun olaraq demokratik islahatları dərinləşdirməsinə maraqlıdır.
Energetika sahəsində əməkdaşlığın inkişafını alqışlayan Füle qeyd edib ki, insan hüquqlarına hörmət və demokratik prinsiplərin təmin edilməsi daha əhəmiyyətlidir. Son aylar bu istiqamətdə müəyyən pozitiv addımlar olmasına baxmayaraq, hələ çox şey yaxşılaşdırılmalıdır. Seçki qanunvericiliyi, toplaşmaq və media azadlığının təmin edilməsi ən böyük səylər tələb edən sahələrdir”, deyə o bildirib.