Bakıda Avropa filmləri festivalı açılacaq

Avropa Film Festivalı

Noyabrın 3-də Bakıda ənənəvi yeddinci Avropa filmləri festivalı start götürəcək və 10 gün davam edəcək.

Oktyabrın 27-də Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyində festivala həsr olunmuş mətbuat konfransı olacaq. Tədbirdə Aİ Bakı nümayəndəliyinin rəhbəri Malena Mard, İspaniya və Yunanıstanın diplomatik missiyalarının rəhbərləri Xose Luis Diez Xuarez, Konstantinos Adamopoulos və digər diplomatlar iştirak edəcəklər.

Bu festival filmlərin sayına görə miqyaslı olacaq. Festivalda bədii, animasiya və sənədli filmlər nümayiş etdiriləcək.

Tamaşaçılara Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Rumıniya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və İsveç kinematoqrafçılarının filmləri nümayiş etdiriləcək.