Avropa Şurası Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etdi

Bu həftə Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etdi.

İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottirə iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri vəzifəsi ilə bərabər “Azərbaycandakı siyasi məhbuslar” adlanan hesabat hazırlamaq səlahiyyəti də verildi.

Avropa Şurasının bu barədə qərarı hakimiyyət düşərgəsində bir elə də xoş qarışılanmayıb. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Nümayəndə Heyətinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, AŞPA-da siyasi məhbuslarla bağlı müzakirə zamanı rəsmi Bakı çox müsbət tövsiyə ilə çıxış etmişdi. Onun deməsinə görə, rəsmi Bakı bildirib ki, əvvəl siyasi məhbus standartları müəyyən edilməlidir M. Zülfüqarlının vurğulamasına görə, həmin məsələdən sonra AŞPA-da müəyyın sənədlər hazırlansa da, bu iş yarımçıq qalıb:

“Azərbaycan hakimiyyəti güclü olduğundan...”

“Avropa Şurası bu istiqamətdə öz işini qurmaq üçün standartları müəyyın etməlidir. Azərbaycana daha çox insan haqları, demokratik seçkilər və siyasi məhbus məsələsi əsasında təzyiqlər edilir. Əslində məqsəd xoşməramlı deyil, sabitliyi pozmaq, normal inkişafa mane olub öz istədiklərini gerçəklışdirmək məqsədi güdülür. Necə ki, qonşu respublikalarda bu məqsədlərini edirlər. Amma Azərbaycan hakimiyyəti güclü olduğundan bunu bacarmırlar”.

Məhərrəm Zülfüqarlı siyasi məhbus anlamına müxtəlif yanaşmaların olmasını təbii sayır:

“Hər bir ölkədə fərqli baxış var. Tutaq ki, hansısa şəxsi siyasi məhbus saya bilərlər, amma hakimiyyət ortaya elə sənədələr qoya bilər ki, həmin adam artıq siyasi məhbus olmaya bilər. Bu məsələdə sabit yanaşma yoxdur”.

Məhərrəm Zülfüqarlı indi yeni məruzəçinin təyinatını bu məsələdə artıq, standartların müəyyənləşdirldiyi kimi qəbul etmir.

“Mən sual edirəm, niyə Avropa Şurası 2016-cı ildə qəbul etdiyi qəsdən sudan məhrum etməklə bağlı qətnamənin həyata keçməsinə çalışmır? Hansıkı, Sərsəng Su Anbarı ilə bağlıydı, orada arzuolunmaz hadisə olsa, 6 rayon suyun altında qalar. Sual edirəm, Avropa Şurası nə üçün qəbul etdiyi qətnaməylə bağlı araşdırma aparmır? 6 rayonun əhalisi onları maraqlandırmır, amma özlərinə sərf edən məsələləri təzyiq obyektinə çevirirlər”.

“Kürü diplomatiyası”nın nəticısi...

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə vurğulayıb ki, hələ 2012-ci ildə AŞPA-da Kristofer Ştarsser bu vəzifəni yerinə yetirməyə çalışıb. Amma hüquq müdafiəçisinin deməsinə görə, hakimiyyət ona Azərbaycana gəlməyə viza verməyib və ümumiyyətlə, işləməyə şərait yaradılmayıb:

“Amma bütün bunlara rəğmən cənab Ştrasser hesabat hazırladı. Sənəddə Azərbaycanda siyasi məhbus problem qeyd olunurdu və siyashı da vardı. Düzdür, hesabat qəbul edilmədi. Sonradan bunun “Kürü diplomatiyası”nın nəticısi olduğu məlum oldu. Artıq zaman dəyişib, Avropa əvvəlcə “kürü diplomatiyası”na, rüşvət qalmaqlına aydlnlıq gətirdi və müəyyın addımlar atıldı. Deməli, siyasi məhbus problemi aktuallığını saxlayıbsa, yenidən qayıdılmalıdır və məruzçi təyin olundu”

Oqtay Gülalıyev məruzəçinin təyinatını Avropa Şurasında Azərbaycanla bağlı yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib:

“İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottirin siyasi məhbus üzrə məruzəçi təyinatı yeni mərhələnin simptomlarıdır. Azərbaycanda siyasi məhbus problemi beynəlxalq müzakirəyə çevrildiyindən məruzəçinin təyinatı bu məsələnin həlli istiqamətində rol oynayacaq”.

Oqtay Gülalıyev bildirib ki, Səməd Seyidovun nə deməsindən asılı olmayaraq Azərbaycanda 160 siyasi məhbus var. Onun vurğulamasına görə, Azərbaycan Avropa Şurasında bu sahədə liderdir:

“Gələn ay Avropa Parlamentində də Azərbaycanda insan haqlarının müzakirəsi gözlənilir. Yerli və beynəlxalq təpkilər bir az da artsa siyasi məhbus probleminin həllinə əsasən nail olmaq mümkündür”.

O. Gulaliyev düşünmür ki, siyasi məhbus məsələsi Qərbin Azərbaycana təzyiq vasitəsidir:

“ Bu barədə deyilənlər yanlışdır, bunu deyənlər ictimai rəyi çaşdırmağa çalışırlar. Bu baxımdan meyar da, siyasi məhbus da var. Sadəcə, bəzi şəxslər bunu görmək istəmirlər. Əslində, İslandiyadan olan deputatın məruzəçi təyin olunması siyasi məhbus probleminin varlığlnın etirafıdır”.