Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsinin nümayəndələri Yuliya Timoşenko ilə həbsxanada görüşüblər

  • Amerikanın səsi

Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsinin nümayəndələri Yuliya Timoşenko ilə həbsxanada görüşüblər

Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsinin nümayəndələri Ukraynanın sabiq baş naziri və müxalifət lideri Yuliya Timoşenko ilə həbsxanada görüşmüşlər. İki saat davam edən görüş xanım Timoşenkonun vəzifəsindən sui-istifadə ittihamları əsasında həbs cəzasını çəkdiyi Kiyev həbsxanasında keçirilib.

Avropa İttifaqının mandatını daşıyan bu komitə məxvi görüş keçirmək üçün təşkilata üzv 47 dövlətə səfər etmək ixtyarına malikdir. Yuliya Timoşenkonun vəkili Sergey Vlasenko dünən bildirib ki, xanım Timoşenkonun apellyasiya dinləmələri dekabr ayının 1-nə keçirilib.