Avropa Şurasına daxil ölkələr borc böhranını aradan qaldırmaq üçün planı təsdiq ediblər

Avropa Şurasına daxil ölkələr borc böhranını aradan qaldırmaq üçün planı təsdiq ediblər

Avropa Şurasının prezidenti böhrandan çıxmaq üçün ayrılmış 600 milyard dollarlıq fonddan iyun ayından istifadə edilə biləcəyini bildirib

Avropa Şurasına daxil ölkələrin liderləri regionun borc böhranını aradan qaldırmaq və avro valyutasının dəyərini artırmaq üçün plana dair razılıq əldə ediblər.

Liderlər Brusseldə keçirilən iki günlük zirvə toplantısının sona çatmasına bir neçə saat qalmış yeni Avropa Sabitlik Mexanizmini təsdiq ediblər.

`Euro Plus Pact` adlanan bu qurum maliyyə böhranından çıxmaq üçün banklara yardım fondunun artırılması, avro birliyində islahatların möhkəmləndirilməsi və avronun rəqabətə davamlılığını təmin etməyə xidmət edir.

Avropa Şurasının prezidenti böhrandan çıxmaq üçün ayrılmış 600 milyard dollarlıq fonddan iyun ayından istifadə edilə biləcəyini bildirib.