Avropa liderləri Türkiyəni qınayır

Avropa İttifaqı ölkələrinin liderləri Türkiyəni tənqid edir. Türkiyə hökümətinin Avropa şəhərlərində mitinq keçirmək cəhdləri ilə bağlı mübahisələr hələ də davam edir.

Bazar gün Ərdoğan türk mühacirlərlə mitinq keçirməyi planlaşdıran Türkiyənin xarici işlər nazirinin ölkəyə daxil olmasına icazə vermədiyinə və bir digər naziri ölkədən çıxardığına görə Niderlandın “bədəl ödəcəyi” ilə bağlı xəbərdarlıq edib.

Ərdoğan NATO müttəfiqi olan Niderland hökumətini "nasizm" və "faşizm"də ittiham edərək deyib ki, yalnız repressiv rejim Anraka rəsmilərinin ölkəyə səfərinin qarşısını ala bilərdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya səs vermək hüququ olan Türkiyə vətəndaşlarının gələn ay ölkədə keçiriləcək referendumda Ərdoğana dəstəyini təmin etmək məqsədilə Niderlanda səfər edib.

Niderland hökuməti Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib. Bundan sonra Fatma Betül Sayan Kayanın Rotterdamda Türkiyə səfirliyinə daxil olmasının qarşısı alınıb. Niderland rəsmiləri Kayanı Almaniya sərhədinə qədər müşayiət ediblər.

Ankara Avropada yaşayan və işləyən milyonlarla türkün Ərdoğanın səlahiyyətlərinin artmasına dəstək verməsinə çalışır. Bu referendumla Ərdoğan 2029-cu ilədək hakimiyyətdə qala bilər.

Hollandiyanın baş naziri Mark Rutte Ərdoğanın şərhlərini “qəbuledilməz,” “nasizm” ittihamını isə “axmaq” adlandırıb.

Almaniya nazirləri Türkiyəyə qarşı iradlarını kəskinləşdiriblər.

Kansler Angela Merkelin Almaniya hökümətinin Türkiyə nazirlərinin müvafiq qaydada elan edəndən sonra Almaniyada mitinq keçirmələrinin əleyhinə olmadığını desə də, daxili işlər naziri Tomas de Maizier Almaniyada türklərin siyası yığıncaq keçirmələrinə qarşı çıxdığını bildirib.

Avstriyanın xarici işlər naziri Sebastian Kurz da Ərdoğanın orada mitinq keçirməsinin xoş qarşılanmadığını deyib, çünki onun sözlərinə görə, bu, mübahisələrə səbəb ola və Türkyənin Aİ-na inteqrasiyasına xələl gətirə bilər.

Danimarkanın baş naziri Lars Lokke Rasmussen Türkiyədə “demokratik dəyərlərin təzyiq altında olması ilə bağlı narahatlığını dilə gətirib. Rasmussen həmçinin Ərdoğanla planlaşdırılmış görüşünü də təxirə salıb.