Avropa İttifaqı: Bu həftə edəcəyimiz təklif faydalı tərəfdaşlıqlar qurmaqdır

Avropa İttifaqı: Bu həftə edəcəyimiz təklif faydalı tərəfdaşlıqlar qurmaqdır

Avropa İttifaqı enerji sahəsində öz qonşularından çox asılıdır. Qazın 60%-dən çox hissəsini əsas etibarilə qonşuluqda olan ölkələrdən idxal edir. Növbəti on illiklərdə idxaldan asılılıq artdıqca, enerjinin təchizatı və tranzitində qonşuların mühüm rolu daha da artacaq.

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, energetika məsələləri üzrə komissarı Günter OttingerSözdən reallığa doğru: Aİ qonşuları ilə enerji sahəsində əməkdaşlıq” başlıqlı birgə məqalə ilə çıxış edib. Məqalənin mətnini Avropa İttifaqının Bakı nümayəndəliyi yayıb.

Məqalədə deyilir:

Avropa İttifaqı enerji sahəsində öz qonşularından çox asılıdır. Biz qazın 60%-dən çox hissəsini əsas etibarilə qonşuluqda olan ölkələrdən idxal edirik. Bu idxallar yalnız hasilatımız azaldıqca artmayacaq, bərpa olunan enerji hasilatı sahəsində qonşularımızın böyük potensialı vardır. Növbəti on illiklərdə idxaldan asılılıq artdıqca, Aİ-na enerjinin təchizatı və tranzitində qonşularımızın mühüm rolu daha da artacaqdır. Öz daxili qaydalarımıza riayət etdiyimiz kimi sərhədlərimizdən kənarda maraq doğuran ətraf mühitin qorunması, təhlükəsizlik və davamlı inkişaf səviyyəsi kimi məsələlərə də eyni dərəcədə riayət edirik. Ekoloji və ya maliyyə baxımından qeyri-səmərəli enerji sistemləri Aİ-na birbaşa təsir göstərir.

Biz bu qarşılıqlı asılılığı qəbul edir, buna Aİ və onun qonşularının vaxt itirmədən inkişaf etdirməli olduqları tərəfdaşlıq və əməkdaşlığın hərtərəfli quruluşu baxımından prinsip kimi baxırıq. Bu səbəbdən də Avropa Komissiyası ilk addım olaraq enerji sahəsində Aİ-nə xarici əlaqələri üçün strategiya təklif etmişdir. Bu sahədə öz daxili vəhdətliyimizi və əlaqələndirməni yaxşılaşdırmaqla yanaşı, əsas prioritet kimi strategiyada Aİ-nın şərq və cənubundakı ölkələrlə sabit və uzun tərəfdaşlıqlar müəyyən edilir.

Uyğun qaydalar toplusu əsasında Aİ ilə qonşuluqda olan daha çox ölkəni əhatə edən inteqrə edilmiş enerji bazarı qurmaq, eyni zamanda qonşularımızın səciyyəvi ehtiyac və prioritetlərinə hörmətlə yanaşmaq bizim məqsədimizdir. Bizim enerji infrastrukturu şəbəkəsi ilə qonşu ölkələrin şəbəkəsi arasındakı əlaqələri genişləndirmək və diversifikasiya etmək məsələsi də buraya daxildir.

Real bazarların təmin edilməsi və onların inkişafı üçün daha yaxından işləmək niyyətindəyik. Enerji Birliyi Sazişi də genişlənərək, Şərq tərəfdaşlıq ölkələrindən olan tərəfdaşlarımızı daxil edəcəkdir.

Qonşularımıza təklifimiz çoxdur. Təxminən 500 milyon istehlakçısı olan daxili bazar, enerji texnologiyası sahəsində dünyanın aparıcı sənayesi, bərpa olunan enerji sahəsində qabaqcıl tədqiqat, sabit, şəffaf və hüquqi baxımdan məcburi enerji siyasəti bazası. Bu o deməkdir ki, tərəfdaşlarımız da eynən bizim kimi Aİ ilə əməkdaşlıqdan faydalanacaqlar.

Göstəriləcək fayda enerji sahəsindən kənara çıxacaqdır. Enerji müasir cəmiyyətin həyat mənbəyi olub, davamlı və inkluziv iqtisadi inkişafda əsas rol oynayır.

Aydındır ki, bizim əməkdaşlıq hər konkret tərəfdaşın reallıqlarını əks etdirməli, geniş çeşidli mövzuları ünvanlamalıdır - tənzimləmə sahəsində əməkdaşlıqdan tutmuş bazarın şəffaflığınadək, karbohidrogen resurslarından tutmuş enerjidən səmərəli istifadəyədək, davamlı enerjidən tutmuş tədqiqat və innovasiya məsələlərinədək.

Başqa sözlə desək bu həftə edəcəyimiz təklif müstəsna olaraq enerji təchizatına yönələn əlaqələrdən uzaqlaşmaq, bunun əvəzinə hərtərəfli və qarşı tərəflər üçün faydalı olan tərəfdaşlıqlar qurmaqdır.

Artıq qarşılıqlı şəkildə əlaqədar olan fəaliyyət göstərdiyimiz enerji reallığında biz, yalnız bu yolla davam edə bilərik. Aİ və onun qonşularının daxil olduğu regionun daha davamlı və təhlükəsiz enerji gələcəyinə doğru hərəkət etməsi üçün bu yeganə yoldur.