Avropa Şurasının baş katibi Torbyorn Yaqland Rusiya prezidenti Vladirmir Putinə QHT-lərin xarici şirkətlər kimi qeydiyyatdan keçməsi barədə yeni qanunun narahatlıqlara yol açdığını bildirib. Baş katib Avropanın ötən noyabr ayında qüvvəyə minən bu qanunun həyata necə tətbiq ediləcəyini izləyəcəyini deyib.
Qanuna görə xaricdən maliyyələşdirilən QHT-lər xarici agentliklər kimi qeydiyyata alınmalıdır. Bu, Sovet dövrünün casusluq termininin sinonimi kimi qiymətləndirilir.
Rusiyanın “Qolos” adlı müstəqil səsvermə monitorinqi şirkəti bu yaxınlarda 10 min dollar məbləğində cərimə edilib. Şirkətin direktoru isə qanunun qüvvəyə minməsindən bəri xaricdən heç bir maliyyə yardımı almadığını deyir.
Geniş etirazlara səbəb olan seçkilərdən sonra hakimiyyət başına keçən Putin Amerikanın müxalifəti maliyyələşdirdiyini iddia edir. GHT-lərlə bağlı qanun da məhz bundan sonra qəbul edilib. Tənqidçilər parlamentin tələsik təsdiq etdiyi bu qanunun repressiv mahiyyət daşıdığını deyir.
Avropadan vəümumən Qərbdən geniç tənqidlərin olmasına baxmayaraq Yaqland Kremlin yeni qanundan geri çəkilməyəcəyini deyir:
"Mən inanmıram ki, qanunun mətnində hansısa dəyişikliklər ediləcək. İndi əsas diqqət qanunun icrasına yönəlməlidir."
Avropa Şurası Kremldən homoseksualların azad nümayişlərinə yol verməsini də istəyib.
1993-cü ildən bəri Rusiyada homoseksuallığı yasaqlayan qanun ləğv edilib. Lakin hökumət onların azad şəkildə parad və ya yürüş keçirməsinə imkan vermir.
Ötən il Sankt Peterburq qanunvericiləri homoseksuallığın təbliği əleyhinə yeni qanun qəbul edib. Tənqidçilər isə bunu insan hüquqlarının pozulmasına əlavə nümunə kimi qiymətləndirir. Rusiya isə insan hüquqları üzrə göstəricilərini müdafiə edir.
Qanuna görə xaricdən maliyyələşdirilən QHT-lər xarici agentliklər kimi qeydiyyata alınmalıdır. Bu, Sovet dövrünün casusluq termininin sinonimi kimi qiymətləndirilir.
Geniş etirazlara səbəb olan seçkilərdən sonra hakimiyyət başına keçən Putin Amerikanın müxalifəti maliyyələşdirdiyini iddia edir. GHT-lərlə bağlı qanun da məhz bundan sonra qəbul edilib. Tənqidçilər parlamentin tələsik təsdiq etdiyi bu qanunun repressiv mahiyyət daşıdığını deyir.
Mən inanmıram ki, qanunun mətnində hansısa dəyişikliklər ediləcək. İndi əsas diqqət qanunun icrasına yönəlməlidir.Torbyorn Yaqland