Avropa İttifaqı transsərhəd cinayətkarlığına qarşı mübarizədə əməkdaşlığa və regionda qanunçuluğun möhkəmləndirilməsinə 5 milyon avro ayırıb
Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrinin və qonşu ölkələrin polis orqanları ilə əməkdaşlığa dəstək proqramı qəbul edib.
Əməkdaşlıq proqramı transsərhəd cinayətkarlığına qarşı mübarizə məsələlərində əməkdaşlığa və regionda qanunçuluğun möhkəmləndirilməsinə şərait yaratmağa yönəlib.
“Hüquq-mühafizə orqanlarına etimad sabit demokratiya yaradılması üçün əsas məqamlardan biridir və biz inanırıq ki, polis orqanları ilə əməkdaşlıq Şərq Tərəfdaşlığı ölkələrində qanunçuluğu və qanun-qaydanı xeyli yaxşılaşdıra bilər.
Hüqyq-mühafizə sahəsində islahatlar Aİ-nin irəliləyişləri qiymətləndirməsi və tərəfdaş-ölkələrə dəstəyini uyğunlaşdırması üçün əsas meyarlardan biridir”, deyə Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa Komissarı Ştefan Füle bildirib.
Dörd illik proqramın ümumi büdcəsi 5 milyon avro təşkil edir.