Avropa Ordusu yaranır?

Parisdə Avropa müdafiə koalisiyası təsis olunub.

Çərşənbə günü Finlandiya Avropa sərhədlərində baş verəcək böhrana cəld reaksiya vermək üçün yaradılmış hərbi koalisiyanın 10-cu üzvü olub.

Bu arada Fransa prezidenti Emmanuel Makron “əsl Avropa ordu”-sunun yaradılmasına çağırır.

Almaniya, Belçika, Britaniya, Danimarka, Estoniya, Hollandiya, İspaniya və Portuqaliya artıq ideyaya rəsmi dəstək verib.

Tərəfdarları israr edirlər ki, fransızların təşəbbüsü ilə yaradılan alyans ABŞ-ın dominantlığı altında fəaliyyət göstərən 70 illik NATO hərbi ittifaqına rəqabət törətmir. Onların fikrincə, bu səylər daha çox ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Amerikanın təcridçi tendensiyaları ilə bağlı narahatlıqlardan doğur.

Avropa Müdaxilə Təşəbbüsü Almaniya ilə aylarla aparılan danışıqların ardınca baş tutub. Fransa Almaniyanın yaradılan qüvvədə mərkəzi rol oynamasını istəyir.

Makron bu ideyanı bir il öncə irəli sürəndə, Avropa İttifaqı millətləri bunu spektisizmlə qarşılamışdı.

Avropalılar son illərdə təcavüzkarlığı ilə diqqət cəlb edən Rusiyanı tənqid etməkdən çəkinən ABŞ Prezidenti Donald Trampın qitənin müdafiəsinə sədaqətinə skeptik yanaşırlar.

Almaniya, Belçika, Britaniya, Danimarka, Estoniya, Hollandiya, İspaniya və Portuqaliya artıq ideyaya rəsmi dəstək verib.

Bu təşəbbüs üzv dövlətlərin yerli hərbi və humanitar böhranlara qarşı ölçülərini və nəhayi hərbi reaksiyasını planlaşdıracaq.

Biz mesaj verməliyik ki, Avropa hazırdır, Avropa qadirdir.
Florence Parly, Fransa Müdafiə Naziri

"Geosiyasi təhlükələr və təlatümlər artmaqda olduğu bir mühitdə təşəbbüs mesaj verməlidir ki, Avropa hazırdır, Avropa qadirdir," deyə Fransa müdafiə naziri bəyan edib.

Britaniyanın Avropa İttifaqını tərk etməsi və eləcə də Prezident Trampın sələflərindən fərqli olaraq aqressiv Rusiya hərəkətləri qarşısında Avropanın müdafiəsinə yardım edib-etməyəcəyinə dair suallar müdafiə əməkdaşlığı üzrə səylərin güclənməsinə yol açıb.