Avropa İttifaqı üzv ölkələri Avropada İkinci Dünya müharibəsindən sonra ən ciddi mimiqrant böhranının həlli üçün maliyyə fondları və ekspertlər tapmadığına görə tənqid edib.
Avropa Komissiyasının prezidenti Jan Klod Cunker Strasburqda Avropa Parlamentinə hesabatda bildirib ki, üzv ölkələr ona verdikləri vədlərə əməl etməyə söz verdiyi halda, hələ də çox ləng hərəkət edir.
Avropa Şurasının prezidenti Donald Task bildirib ki, böhran Şengen ölkələri arasında azad sərhəd keçidi kimi 28 üzvü olan qurumun əldə etdiyi nailiyyətləri təhlükə altına alır. "Bu, bizim on illər ərzində qarşılaşdığımız ən böyük problemdir"-deyə Donald Task bildirib.
"Heç şübhə etmirəm ki, bu problem bizim yaratdığımız Avropa İttifaqını dəyişmək potensialına malikdir. Şengen ölkələri arasında azad sərhəd keçidi kimi nailiyyətlərimizi dağıtmaq kimi potensiala malikdir"-deyə Donald Task əlavə edib.
O sözünə davam edərək bildirib ki, böhran Avropanın siyasi lanşdtaftında da dəyişiklərə səbəb ola bilər. Donald Taskın bildirdiyinə görə, "bu fövqəladə dövrdə fövqəladə tədbirlər, fövqəladə gözəştlər və fövqəladə həmrəylik göstərilməlidir."
Bu arada, BMT-nin Qaçqınlar üzrə ali komissarı bu il Yaxın Şərq, Afrika və Asiyadan müharibə və yoxsulluq səbəbi ilə Avropaya 700 mindən çox qaçqının pənah gətirdiyini bildirib.