Oktyabrın 29-da Bakıda Avropa Kinosu Festivalı açılacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, sabah Park Bulvardakı Park Cinema klubunda festivalın açılış mərasimi olacaq. Mərasimdə Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, ictimaiyyətin nümayəndələri iştirak edəcək.
Açılışda Belçikanın "Turquaz" filmi təqdim ediləcək.
Noyabrın 6-dək davam edəcək festivalda Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Böyük Britaniya və Azərbaycan filmləri nümayiş etdiriləcək.
Filmlərin nümayişi Park Bulvar, Flame Towers, Metro Park və Nizami kinoteatrında olacaq.