Avropa İttifaqı: Azərbaycanda insan hüquqlarının vəziyyəti narahatlıq doğurur

Avropa İttifaqı

Avropa İttifaqı "Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabat yayıb.

Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

“Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır," hesabatda deyilir.

Həbsdə olan mitinq təşkilatçıları (Plakat Əli Kərimlinin facebook səhifəsindədir)

Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir. "Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır," qeyd edilir.

SEE ALSO: Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib

Heasabatda deyilir ki, Aİ-nın Azərbaycanla əməkdaşlığı son vaxtlar, xüsusilə də 2018-ci ilin sentyabr ayında Tərəfdaşlıq Prioritetlərinin imzalanması ilə intensivləşib ki, bu da növbəti illərdə əməkdaşlığı istiqamətləndirəcək və onu genişləndirəcək. Bu prioritetlər 2020-ci ilədək maliyyə əməkdaşlığını siyasi çərçivə ilə təmin edəcəkdir.

Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır.
Avropa İttifaqının hesabatından sitat

“Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir,” Avropa İttifaqı qeyd edir.

Sənəddə Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair 2018-ci ildə üç bəyanat verildiyi qeyd edilir.

“Azərbaycanda müxbir Əfqan Muxtarlı barəsində məhkəmə qərarının verilməsinə dair mətbuat katibinin verdiyi bəyanat (14 yanvar 2018), Azərbaycan Respublikasında prezident seçkilərinə dair Avropa İttifaqının bəyanatı (12 aprel 2018) və İlqar Məmmədovun şərti azadlığa buraxarılması ilə bağlı mətbuat katibininin bəyanatı (14 avqust 2018). 2018-ci ilin mart ayında keçirilmiş İnsanlar Arasında Əlaqələr üzrə alt-komitənin iclası zamanı Aİ və Azərbaycan sosial hüquqlar və sosial inteqrasiya, yoxsulluğun azaldılması və sosial müdafiə ilə bağlı vəziyyəti nəzərdən keçirib və bu sahədə mümkün əməkdaşlıq formalarını müzakirə edib.”

Sənddə həmçinin bildirlir ki, Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi insan hüquqları ilə bağlı təcili məsələlərin ünvanlanması üçün Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə işçi səviyyəsində münasibətlər qurub, humanitar mahiyyətli bir sıra müraciətlər təqdim edib.

“Üzv Dövlətlərlə yaxın əməkdaşlıqda Avropa İttifaqının Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanılması kimi cari halları yaxından yoxlayıb, müxalifətdən olan tərəflərin vəkilləri və qohumları, nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də dövlət qurumları ilə görüşlər keçirir. Ölkədə insan hüquqları ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə Ombudsman Aparatında bir sıra görüşlər keçirilib.”

QHT-Vətəndaş Cəmiyyəti

Avropa İttifaqının Azərbaycana yardımı indikativ olaraq yeddi ili əhatə edən (2014-2020) 139 milyon Avro və 169 milyon Avro arasında proqramlaşdırılıb.Avropa Qonşuluq Alətinin ilk beş ilində Azərbaycana yardım paketi 79 milyon Avroya bərabər olub.

2019-cu il üçün Avropa İttifaqının nəzərdə tutulan yardımı (15 milyon Avro) Şərq Tərəfdaşlığının dörd prirotet sahəsində Avropa İttifaqı-Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsini dəstəkləyəcək, vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələcək.

Hesabatda deyilir ki, Avropa Şurasının üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi vardır.

SEE ALSO: Zaur Əkbər: Azərbaycandan fərqli olaraq Belarusda siyasi məhbus yoxdur

“Avropa Şurasının Azərbaycanda əməkdaşlıq proqramları (çox zaman AŞ-Aİ birgə proqramlarıdır) konstruktiv əlaqə vasitəsidir. 2018-ci ilin oktyabr ayında qəbul edilmiş Fəaliyyət Planına əsasən Avropa Şurası və Azərbaycanın qurumları məhkəmə və prokurorluq xidmətinin səmərəliliyini, hesabatvermə və şəffaflığını daha da artırmağa, Avropa insan hüquqları standartlarının tətbiqini genişləndirməyə, penitensiar sistemin islahatını təkmilləşdirməyə yönələn əməkdaşlıq proqramları vasitəsilə islahatları birgə aparmağa, korrupsiya və çirkli pulların yuyulması əleyhinə mübarizəni gücləndirməyi davam etməyə razılaşıb.”

BMT-nin İnsan Hüquqları Şurasının üzvü olaraq Azərbaycan "İnsan hüquqlarının təşviqi və qorunması və Davamlı İnkişaf, Terrorizm və İnsan Hüquqları naminə 2030 Gündəliyinin həyata keçirilməsinə" dair qətnamə təqdim edib (mart 2018).