Avropa İttifaqı səyahət məhdudiyyətlərini müzakirə edir

Avropa İttifaqı ölkələri cümə günü iyul ayından etibarədən hansı ölkələrin sakinlərinin ittifaqa səfər edə biləcəkləri üzərində razılıq əldə edə bilməyib. Lakin Braziliya, Birləşmiş Ştatlar və Rusiyanın bu siyahıya daxil edilməyəcəkləri gözlənilir.

Avropa İttifaqına üzv olan 27 ölkə cümə günü çərşənbə günündən etibarən ittifaqa karantin tətbiq olunmadan daxil ola bilmək üçün kriteriyaları müzkairə ediblər.

Onlara 10-20 ölkədən ibarət siyahılar təqdim olunub, lakin bir çox nümayəndə ilk öncə bunu hökümətləri ilə müzakirə etməli olduqlarını söyləyib. Bir diplomat həmin siyahıya Birləşmiş Ştatlar, Braziliya və Rusiyanın daxil edilmədiyini bildirib.

Müzakirələr gecə boyu davam edib və Aİ ölkələrinin şənbə axşamadək qeyri-rəsmi cavablarını verəcəkləri gözlənilir.

Birləşmiş Ştatların rəsmisinin sözlərinə görə, ABŞ sərnişinləri hərarət kimi müəyyən şərtlərə cavab verdiyi təqdirdə səyahət edə biləcəklər.

Avropa Komisssiyası ittifaqın ilk öncə daxildəki sərhədməhdudiyyətlərini qaldırmağını, daha sonra xarici sərhədlərini açmasını tövsiyyə edib. Lakin ilk addım plana uyğun olaraq tətbiq olunmayıb.

Yunanıstan Fransa, İtaliya, Niderland və İspaniya daxil olmaqla bir sıra Aİ ölkələrindən gələn sərnişinlərin koronavirus testindən keçmələrini və nəticələr əldə olunadək özlərini təcrid etmələrini tələb edir.

Çex Respublikası Portuqaliya, İsveç və Polşanın bəzi hissələrindən tursitlərin gəlməsinə icazə verməyəcəyini bildirib.

İttifaqın epidemioloji vəziyyətin eyni və ya bənzər olduğu ölkələrə açılmalı olduğu ilə bağlı konsensus var, lakin bir ölkənin epidemiyaya qarşı mübarizəsinin və məlumatların etibarlılığının qiymətləndirilməsi ilə bağlı suallar mövcuddur.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) bildirdiyinə görə, Tanzaniya, Türkmənistan və Laos kimi bir sıra ölkələrdə son iki həftədə heç bir yoluxma halı qeydə alınmayıb.

Mərkəzin son iki həftəyə olan məlumatına görə, bəzi ölkələrdə də vəziyyət Avropa İttfaqından daha pisdir. Bunlara Birləşmiş Ştatlar, Meksika, Braziliya, Rusiya, Cənubi Afrika və Səudiyyə Ərəbistanı daxildir.