Avropa İttifaqı Azərbaycanda 5 saytın bağlanmasını pislədi

Avropa İttifaqının sözçüsü Maya Koçiyançiç Azərbaycan hakimiyyətinin AzadlıqRadiosu-nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib.

O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.

Avropa İttifaqının sözçüsü Maya Koçiançiç

Bundan öncə Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.

Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir.
Robert Herman

“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”,təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .

Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.