Avropa İttifaqı Ukraynada münaqişə ilə əlaqədar Rusiyanın maliyyə və müdafiə sektorlarını hədəf alacaq yeni, daha ciddi sanksiyalar tətbiq etməyə başlayır.
Yeni sanksiyalara dair qərar bu gün Avropa İttfiaqı səfirlərinin Brüsseldə keçirdiyi iclasda verilib.
Sanksiyalarla bağlı detallar hələ tam bəlli olmasa da, Rusiyanın dövlətə məxsus bankları, ölkənin neft və müdafiə sektorları hədəf alınıb, silah embarqosu tətbiq edilib.
Almaniya kansleri Angela Merkel Avropa İttifaqının Moskvaya qarşı tədbirlərinin qaçılmaz olduğunu bildrib.
ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda Rusiyanın Ukraynanın şərqində zorakılıq və qan tökülməsini dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur.
Bazar ertəsi Britaniya, Almaniya, İtaliya və Fransa liderləri Rusiyaya qarşı Birləşmiş Ştatlarla uyğunlaşdırılmış şəkildə yeni sanksiyaların tətbiq edilməsini ABŞ prezidenti Barak Obama ilə tele-konfrans zamanı müzairə ediblər.
Rusiyaya qarşı daha ciddi addımlar beynəlxalq təhqiqat qruplarının Ukraynanın şərqində Malayziya təyyarəsinin düşdüyü əraziyə getmək imkan əldə edə bilməməsindən sonra atılır.
Təyyarənin düşdüyü yerin yaxınlığında gedən döyüşlərə görə beynəlxalq təhqiqatçılar əraziyə getmək planlarını üç gün müddətinə təxirə salıblar.