Avropa Ittifaqı Yunanıstanın borclarının 50 faiz azaldılması barədə razılıq əldə edib

  • Amerikanın səsi

Avropa Ittifaqı Yunanıstanın borclarının 50 faiz azaldılması barədə razılıq əldə edib

Avropa Ittifaqı Brüsseldə keçirilən görüş zamanı bankların Yunanıstanın borclarının 50 faiz azaltması barədə razılıq əldə edib. Qurum bundan əlavə Avropa banklarının Avropa İttifaqının kreditləri sayəsində möhkəmləndirilməsi barədə də razılıq əldə edib.

Bu gün təşkil edilən mətbuat konfransı zamanı ittifaqın prezidenti Herman Von Rompay razılığı alqışlayıb.

Fransa prezidenti Nikola Sarkozi deyib ki, razılıq Yunanıstanın borc böhranına etibarlı bir cavabdır. Sarkozi bildirib ki, Avropa liderləri Yunanıstanın defoltuna yol verməyib.

Yeni razılığa əsasən banklar defolta yol verilməməsi üçün əlavə kapital ayırmalıdır.