Yeni hesabatlarda avrodan valyutasından istifadə edən 17 ölkədə işsizlik səviyyəsinin record yüksək həddə çatdığı istehsalın isə son üç ildə ən aşağı səviyyəyə endiyi göstərilir.
Avropa İttifaqı avrozonada may ayında işsizlik səviyyəsinin 11,1 faiz artaraq, 1999-cu ildə valyutanın işlənməyə başladığı vaxtdan ən yüksək həddə çatdığını bildirib.
İşsizliyin ən yüksək səviyyədə olduğu ölkə İspaniyadır. Ölkədə hər dörd işçidən biri, gənclərin isə yarıdan çoxu işsizdir.
Eyni zamanda, iqtiasdi araşdırmada avrozonada istehsal səviyyəsinin enərək, 2009-cu ildən ən aşağı həddə çatdığı qeyd edilir. Təhliçilər istehsalın zəiflədiyini və bunun işçi qüvvəsinə təsirini göstərir.