Yanvarın 1-dən Avropa Birliyinin prezidentliyi Bolqarıstana keçib. İlk dəfə olaraq, Balkan ölkəsi quruma altı aylıq prezidentlik edəcək.
Bolqarıstandan öncə sədrlik Estoniyada idi.
2007-ci ildə AB-yə qoşulmuş Bolqarıstanın Qərbi Balkan qonşularının bloka qoşulması məsələsini qaldıracağı gözlənir.
AB liderləri quruma qoşulmaq istəyən region ölkələriylə mayın 17-də sammitdə görüşəcək.
“Vahid Avropadan danışarkən unutmamalıyıq ki, Qərbi Balkanlara aydın Avropa perspektivi, onlar və üzv ölkələr arasında bağlılıq lazımdır”, – Bolqarıstan AB prezidentliyi vebsaytında bildirib.
AB Bolqarıstanın özünü iqtisadi və sosial məsələlərdə balanssızlıq, yüksək səviyyəli korrupsiyaya görə tənqid edir.