Almaniyada minimum əmək haqqına dair debat [Təhlil]

Avropada iqtisadi inkişaf müşahidə edildiyi bir vaxt Avropa İttifaqına üzv Polşa və Rumıniya kimi ölkələr minimum əmək haqqının artırılması məsələsini müzakirə edir.

Minimum əmək haqqına dair qanuna malik olmayan yeganə ölkə olan Almaniyada debatlar daha intensiv şəkil alıb. Belə ki, məsələ Almaniya kansleri Angela Merkellə onun Sosial Demokrat Partlyasından rəqibi Pir Steynbrükun federal seçki kampaniyasının əsas mövzusudur.

Almaniyada bir saatlıq əmək haqqı təqribən 5 avro təşkil edir. Əhalinin 12 milyonu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu göstərici son 10 il ərzində 400 min nəfər artıb.
Ən yüksək maaş ödəyən ölkə Lüksemburq, ən aşağı maaş ödəyən ölkə isə Bolqarıstandır

Almaniyanın Sosial Demokrat Partiyasının namizədi Pir Steynbrük minimum əmək haqqının 8.5 avro olmasını təklif edir. O, seçildiyi təqdirdə hakimiyyətinin ilk 100 günü ərzində minimum əmək haqqına dair qanunun qəbuluna vəd verir.

İNG bankının iqtisadçısı Karsten Brzenski deyir ki, məsələnin seçkiqabağı kampaniyaların mövzusuna çevrilməsi avronun müdafiəsi, xarixi ölkələrə borclar verilməsi ilə bağlıdır. “Öz xalqının əzab çəkdiyi Almaniya üçün bu asan olmaya bilər.”

Kansler Angela Merkel kampaniya nümayişində çıxış edir

Almaniya kansleri Angela Merkel isə belə bir qanunun qüvvəyə minməsinin qəti şəkildə əleyhinədir.Onun Xristian Demokrat Partiyasını qanunun Almaniyada istehsal edilən malların rəqabət gücünü zəiflədəcəyi qorxudur. Hakim partiyanın üzvləri əmək haqqı 9.43 avro təşkil edən Fransanı nümunə göstərərək, bunun insanların işdən çıxarılması prosesini gücləndirəcəyini və işsizlik səviyyəsini artıracağını deyirlər.

İndi sual yüksək maaş yaxud hökumət və istifadəçi arasındakı seçimdədir.

Bəziləri hesab edir ki, yüksək maaş ödəmək mümkündür, lakin hökumətin dəstəyinə ehtiyac var.

Sentyabrın 22-də keçiriləcək kansler seçkiləri minimum əmək haqqı qanununun birdəfəlik həll edilməsi üçün dəyərli bir fürsət kimi qiymətləndirilir.

Avropa İttifaqının iyul ayında açıqladığı hesabata görə, quruma üzv ölkələr arasında ən yüksək maaş ödəyən ölkə Lüksemburq, ən aşağı maaş ödəyən isə Bolqarıstandır.