Avropa İttifaqı yaxın günlərdə vətəndaşlarının yenidən Avropaya daxil olmasına icazə veriləcək ölkələrin siyahısını bitirmək üzrədir. Lakin ABŞ-da koronavirusa yoluxanların sayına gəldikdə, belə görünür amerikalılar bu siyahıda olmayacaq.
İspaniyanın xarici işlər naziri çərşənbə axşamı açıqlanacaq siyahıda Avropa İttifaqına üzvü olmayan 15 ölkənin vətəndaşlarına ölkəyə ziyarətinə iyulun 1-dən icazə veriləcəyini bildirib.
Avropa İttifaqının Brüsseldəki nümayəndələri həftə sonu siyahını hazırlayarkən xəstəliyin yayılmasının qarşısını alan ölkələrə əsaslanıb.
Ən mühümü isə ölkələinr Avropa vətəndaşlarına tətbiq edilən səyahət məhdudiyyətlərini ləğv edəcəyi gözlənilir.
ABŞ-da təsdiqlənmiş yoluxma hallarının sayı son bir həftədə sürətlə artıb və prezident Donald Tramp mart ayı sərəncamına əsasən Avropadan olan bütün insanların ölkəyə girişini dayandırıb. ABŞ vətəndaşlarının da Avropaya getmək ehtimalı azdır.
Braziliya, Rusiya və Hindistanda koronavirusa yoluxma nisbəti çox yüksək olduğu üçün və bu ölkələrin adı çox guman ki, siyahıda olmayacaq.