Populizm Avropaya hədə törədir

Fransada populistlərin seçkilərdəki məğlubiyyəti avrozona iqtisadiyyatının dirçəlişinə səbəb olub.

Lakin Almaniya və Avstriyada populistlərin qələbəsi və İspaniyanın Kataloniya regionundakı qeyri-müəyyənliyin inkişaflara maneə törədəcəyinə dair narahatlıqlar artmaqdadır.

Avropanın qlobal maliyyə böhranından sonra hazırkı iqtisadi vəziyyətin qənaətbəxş baxmayaraq, son həftələr avro dəyər itirməkdədir. Bazar ertəsi avro avqust ayı ilə müqayisədə 0.3 faiz azalaraq, 1.2 dollardan 1.1785 dollar təşkil edib.

Buna digər bir səbəb əvvəlcə mühacirət əleyhinə Almaniyada populist qüvvələrin seçki uğurlarıdır. İlk dəfə olaraq o ölkədə Almaniya üçün Alternativ partiyası 13 faiz səs toplayaraq, parlamentdə yer alıb.

Xristian Demokrat partiyası qələbə əldə etsə də, koalisiya qurmağa məcburdur.

Avstriyada populist Azadlıq partiyasının 27 faiz səs əldə etməsi onun hökumətin bir hissəsi olmasına yardım edib. Ölkənin nasist keçmişinə göz yuman bu partiyanın koalisiyada iştirakı avrodan istifadə edən 19 ölkənin birliyinə hədə törədir.

Kataloniyadakı durum da avrozonanın birliyinə hədədir. Referendumdan sonra regionun müstəqilliyinin elan edilib-edilməyəcəyi bəlli olmayan İspaniya regionundakı qeyri-müəyyənlik avroməkana mənfi tərsir göstərir.

Potesial narahatlıqlar 2018-ci ilin may ayında seçkilər keçirəcək İtaliya ilə bağlıdır. İnkişaf etmiş başqa ölkələrlə müqayisədə İtaliya iqtisadiyyatı çox zəif artıma malikdir.

İqtisadi artımın avrodan asılılığını önə çəkən partiyalar seçkilərdə qələbə əldə edə bilər. Belə ki, avqust ayında sabiq baş nazir Silvio Berluskoni İtaliyada parallel valyuta ideyasını səsləndirmişdi.
.