Dünyadan görüntülər

Praqa şəhər zoparkındakı Guereza meymunlarının yeni doğulmuş balası 

Tayvanda ana uşaqlarını tayfundan qorumağa çalışır. 

Misirililər Qahirədə Təhrir meydanında yeni Süveyş kanalının açılmasını təntənə edir. 

Nepallı qadın ana vasitəsilə vətəndaşlığın verilməsi üçün konstutiyaya dəyişiklik edilməsi tələbiliə etiraz nümayişində polis qarşısında yerə uzanıb.
 

İtaliyanın sahil mühafizə xidmətinin xilas etdiyi 381 miqrantlar arasında olan qadın uşağı ilə birlikdə qaçqın mərkəzinə aparılmaq üçün avtobusla yola düşür. 
 

Danimarkalı idmançı Rikki Moller Pedersen Kazanda Qadınlar arasında üzgüçülük üzrə Dünya çempionatında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışı zamanı

Fil Dişi Sahilinin müstəqilliyi günü münasibətilə gənc üzünü ölkə bayrağının rəngləri ilə boyayıb. 
 

İordan çayının Qərb sahilində Ramallah yaxınlığında yəhudi yaşayış mərkəzlərinin salınmasına etiraz zamanı yaranmış qarşıdurmada İsrail əsgərləri Fələstinli nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 

 

İsveçrəli rəssam Cerar Beno a la Giyomun dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən dağlıq Leysin kurortu ərazisində 80 köhnə süd çənindən yaratdığı "Sərhədsiz süd çənləri" kompozisiyası   

 

Hindli balıqçı Luknouda Qomti çayında torunu suya atır. Hind miflogiyasına görə Qomti çayının sularına tor atmaqla günahlar yuyulur.

 

İngiltərədə Bristol Beynəlxalq Hava Şarı Festivalı. Avropada ən böyük hava şarı festivalı dörd gün davam edir və artıq 37 dəfərdir keçirilir.