ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda bəyanatla çıxış ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda bəyanatla çıxış ediblər

Həmsədrlər Azərbaycan prezidenti və müdafiə naziri ilə fikir mübadiləsi aparıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasye səfərdə olduqları Bakıda regiondakı görüşləri barədə bəyanatla çıxış ediblər. Fransalı yeni həmsədr Jak Faurenin də adının sadalandığı bəyanatda Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycana səfərləri zamanı keçirdikləri görüşlər barədə məlumat vermişlər.

Bəyanatda qeyd edilib ki, həmsədrlər bütün görüşlərində öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və bir dəfəlik həllinə nail olmaları üçün tərəflərə kömək etmək barədə öhdəliklərini bildirmişlər.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərində cəbhənin təmas xətdində iki ölkə arasında 1994-cü ildə imzalanmış ateşkəsin şərtlərinə riayət olunmasının əhəmmiyyətini vurğulayıblar. Onlar təmas xətdindəki hadisələrin, ateşkəsin pozulması hallarının araşdırılması üçün təklif olunan mexanizmin həyata keçirilməsininin zəruriliyini nümayiş etdirdiyini bildiriblər. Bəyanatda deyilir ki, iki ölkə prezidenti də prinsip olaraq buna razılıq verib.

Həmsərdlər iki ölkə arasında etimadın artırılması üçün mülki əhali arasında əlaqələr, ibadət yerlərinin, mədəniyyət abidələrinin və qəbristanlıqların mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə də toxunmuşlar.

Minsk qrupunun həmsədrləri bəyanatlarında bu gün Dağlıq Qarabağdan olan Azərbaycanlıların nümayəndələri ilə də görüşdülərini münaqişənin dinc yolla həllinin didərginlərin və qaçqınların evlərinə qayıtmasını da əhatə etməsinin zəruriyyətini vurğuladıqlarını deyiblər.

Həmsədrlər tərəflərə xəbərdarlıq ediblər ki, dekabrda Vlinüsdə ATƏT-in Nazirlər Şurasının iclasının yaradacağı fürsətdən istifadə edərək məsələnin sülh yoluyla həlli barədə öhdəliklərini bir daha təkidlə bildirsinlər və qəbuledilməz olan status-kvonu ötüb keçsinlər.

Həmsədrlər dünən Ermənistanın İrevan rayonundan quru yolu ilə sərhədi keçərək Azərbaycanın Qazax rayonuna gəlmişdilər. Bu gün həmsədrlər prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüş keçirib. Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsədrlər və müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşüb.