Atrabankda 600 minlik mənimsəmə

Atrabank

Xəzər filialı “yarasız avtomobil gətir - kredit al” devizi ilə işləyib
“Atrabank”ın Xəzər rayon filialının vəzifəli şəxsləri 2011-ci il aprelin 1-dən 2012-ci il sentyabrın 1-dək olan dövrdə saxta sənədlər əsasında, bir çox hallarda yararsız avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın adına kredit rəsmiləşdirərək banka 600 min manatdan çox ziyan vurub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.