ABŞ və Rusiya nüvə qabiliyyətini artırmaq əzmindədir

ABŞ-ın növbəti prezidenti Amerikanın nüvə qabiliyyətini gücləndirmək və genişləndirmək əzmində olduğunu bildirib.

Donald Tramp deyib ki, ABŞ bu addımı dünyanın nüvə baxımından bu hissə yaxınlaşdığı vaxt atır.

Rusiyanın nüvə cəbbəxanaları böyüdülməlidir

Trampın açıqlaması Rusiya prezidenti Vladimir Putinin bunabənzər bəyanatından sonra səslənib. Putin deyib ki, Rusiyanın nüvə cəbbəxanaları böyüdülməlidir.

Rusiyanın 2016-cı ildə hərbi kampaniyaları barədə çıxışı zamanı Rusiyanın dövlət başçısı deyib ki, genişlənmə bütün hərbi hədələrin neytrallaşdırılması mahiyyəti daşıyır.

"Biz strateji nüvə qüvvəmizin hərbi potensialını gücləndirməliyik. Xüsusilə də bütün mövcud və gələcəkdə salınacaq müdafiə sistemlərinə daxil ola biləcək raket kompleksimizi" - deyə Putin bildirib.

Amerikanın Silahlara Nəzarət Assosisiysının bildirdiyinə görə, Rusiya və ABŞ 7100-7300 nüvə silahına malikdir.

Trampın Amerikanın nüvə gücünü artırmasına dair şərhləri onun bir neçə yüksək rütbəli hərbi nümyəndə ilə Florida görüşündən sonra səslənib. Lakin görüş zamanı nüvə silahları məsələsinin gündəmə gətirildiyi məlum deyil.

Çeckiqabağı kampaniyaları zamanı da Tramp nüvə silahlarının dünyada sülhün qorunması üçün mühüm olduğunu demişdi.