“Nəfəs LGTB” Alyansının mətbuat konfransı keçirib, İsa Şahmarlının intiharının səbəblərindən danışılıb
“Azad LGTB” təşkilatının rəhbəri, 20 yaşlı İsa Şahmarlının intihar faktı Azərbaycanda qeyri-ənənəvi cinsi orientasiyalı şəxslərin hüquqlarını müdafiə zərurətini bir daha sübut edib. Şahmarlı məhz bu ideyaya xidmət edirdi, onun ölümü yanvarın 27-də “Nəfəs LGTB” Alyansının mətbuat konfransı keçirməsinə səbəb olub.
Alyansın rəhbəri Atilla (Cavid) Nəbiyev qeyd edib ki, bu, Azərbaycanda qeyri-ənənəvi oriyentasiyalı şəxslərin ilk mətbuat konfransıdır. O qeyd edib ki, Azərbaycanda homofobiya var, o, ədavət forması alır və bu zəmində cinayətlər törədilir.
“Hamı kimi olmama” formatı ədavət zəminində cinayətlər törədilməsi üçün kifayət edən əsasdır. Cinsi azlıqların nümayəndələrinin hüquq-mühafizə orqanlarına müraciətləri çox vaxt mənasız olur, belə ki, onlara qarşı münasibət istehzalı olur. Homoseksualların problemi hökumətlə deyil, anlayışsızlığını kin mərtəbəsinə çatdıran insanlarladır. Bu qətlə səbəb ola bilərmi? Çıxış edənlərin fikrincə, ədavət zəminində törədilən cinayətlərə görə cəza sərtləşdirilməlidir. Media, daha doğrusu homoseksualizm mövzusuna həsr edilmiş materiallarda medianın istifadə etdiyi, ədavəti daha da gücləndirən dil də problem yaradır”.
LGTB nümayəndələri cinsi azlıqların müdafiəsi məsələsinin parlamentə çıxarılması haqqında imzatoplama kampaniyasına başlamaq, həmçinin on-line imzatoplama təşkil etmək istəyir. Onların gənclər arasında maarifləndirici iş, “qaynar xətt” yaradılması üzrə çox sayda planları var.
Mətbuat konfransında iştirak edən İsa Şahmarlının yaxın dostları onun intihar törətməsi faktına inanmadıqlarını bildiriblər. Onlar deyiblər ki, onun həm maarifləndirmə işi, həm free radio, maarifləndirici videolar yaradılması, qeyri-ənənəvi orientasiyalıların hüquqlarının müdafiəsi və s. sahəsində bir çox planları var idi.
Dostları hesab edirlər ki, o, intihar edə, xüsusən də LGTB bayrağından özünü asa bilməzdi.