2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə əlaqələndiricisi statusunda fəaliyyət göstərəcək. ATƏT-in Baş Ofisi bununla bağlı qərar qəbul edilib. Bu ilin iyulunda Vyanada bununla bağlı müzakirələr aparılıb. Amma danışıqlar hələ tam başa çatmayıb. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Amerikanın Səsinin sualının cavabında bildirib.
Onun sözlərinə görə, Bakı ofisində əməkdaşların sayının azaldıb-azaldılmayacağı məsələsi hələ tam həllini tapmayıb.
“Ofisin əməkdaşlarının sayının azaldılıb-azaldılmayacağı danışıqların mövzusudur. Bununla bağlı hələ yekdil bir fikir yoxdur”, o qeyd edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) prezident seçkiləri ilə bağlı yekun hesabatı yaxınlarda dərc olunacaq.
K.Tarqay ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı ilkin hesabatından sonra Azərbaycan rəsmilərinin tənqidinə ATƏT-in münasibəti ilə bağlı Amerikanın Səsinin sualının cavabında deyib ki, ATƏT qərar verən qurum deyil.
“Hesabatda məqsəd ATƏT üzvü kimi Azərbaycanda demokratiya, insan hüquqları meydanını daha da genişləndirməkdir”, o bildirib.
K,Tarqay son iki sualın onun mandatına daxil olmadığı üçün geniş cavab verməyib.

Your browser doesn’t support HTML5