ATƏT-də Rusiya və Ukrayna arasında gərginlik müzakirə olunur

Rusiya-Ukrayna sərhədində gərginliyi azaltmaq səyləri cümə axşamı Vyanada Avropan Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında davam edəcək.

Bu iclas Rusİya ilə Birləşmiş Ştatlar arasında bazar ertəsi keçiilən ikitərəfli görüşdən və çərşənbə günü Brüsseldə Rusiya ilə NATO arasında keçirilən görüşlərdən sonraya təsadüf edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müxbirlərə deyib ki, cümə axşamı keçirilən görüşdən sonra tərəflər müzakirələri nəzərdən keçirib “müvafiq növbəti addımları müəyyən edəcəklər.”

Prays çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatlar hər üç görüşdə iştirak edən Rusiya nümayəndə heyətinin “Rusiya Prezidenti Vladimir Putinə hesabat verəcəklərini gözləyir və biz hamımız onu sülh və təhlükəsizliyi seçəcəyinə və bizim səmimi olduğumuzu və diplomatiya və dialoqa üstünlük verdiyimizi deyəndə qəti olduğumuzu bilməsinə ümid edirik.”

Birləşmiş Ştatlar və NATO müttəfiqləri Rusiyanı gərginliyi azaltmağa və vəziyyəti diplomatik yolla həll etməyə çağırıb, çərşənbə günü isə riskləri azaltmaq, şəffaflığı, kommunikasiyanı və silahlara nəzarəti yaxşılaşdırmaq üçün görülə biləcək qarşılılıqlı tədbirlər təklif edib.

Brüsseldə ABŞ nümayəndə heyətinə başçılıq edən Birləşmiş Ştatlar dövlət katibinin müavini Vendi Şerman mətbuat konfransı zamanı deyib ki, NATO-Rusiya görüşü Moskvaya gərginliyi azaltması və “diplomatiya yolunu seçmək, birlikdə hamının təhlükəsizliyini artıran həll yollarını müəyyən edə bilmək üçün vicdanlı və qarşılıqlı dialoq aparmağa davam etməsi” üçün “açıq çağırışla” yekunlandı.

Çərşənbə günü təxminən dörd saat davam edən iclasdan sonra o deyib ki, “nə de-eskalasiya edəcəklərinə dair vəd oldu, nə də bunun olmayacağına dair açıqlama.”

O əlavə edib ki, Rusiya açıq-aydın şəkildə eşitdi ki, Ukrayna sərhədində 100 min qoşununu topladığı və canlı təlimlər keçirdiyi zaman diplomatiya aparmaq çətindir.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, o, Rusiyaya bir sıra görüşlər keçirməyi təklif edib, Rusiya is cavab vermək üçün zaman istəyib.

“NATO müttəfiqləri Rusiya ilə dialoq aparmağa hazırdırlar, amma biz əsas prisiplərimizlə bağlı kompomisə getməyəcəyik, biz Avropada hər bir ökənin suverenliyi və ərazi bütövlüyündən kompomisə getməyəcəyik,” Stoltenberq Brüsseldə müxbirlərə deyib.

Rusiya sərhədi yaxınlığındakı ölkələrdən NATO qoşunlarının və hərbi avadanlıqlarının çıxarılması və 30 üzvlük NATO alyansının genişlənməsini məhdudlaşdırılması kimi təhlükəsizlik zəmanətləri tələb edib. Rusiya həmçinin Ukraynanı işğal etmək planlarını inkar edib.

Ruisyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko çərşənbə günü müxbirlərə deyib ki, NATO ilə müzakirələr dərin və substantiv keçib, amma Rusiya NATO-nu ciddi olaraq Rusiyaya heç bir təhlükə törətməyən müdafiə alyansı kimi görmür.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski böhrana son qoymaq üçün yeni beynəlxalq sammit təklif edib.

Vaşinqtonda isə Demokratik qanunveericilər çərşənbə günü Rusiyanı gəlcək təcavüzlərdən yayındırmaq məqsədilə hərtərəfli sanksiya paketi irəli sürüblər.

2022 Ukrayna Suverenliyinin Müdafiəsi Aktı Putinin Ukraynaya qarşı hərbi təcavüzü halında Rusiyanın bank sektoru və yüksək vəzifəli ordu və hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək.

ABŞ Prezidenti Co Bayden Ukraynaya hücum etdə, Rusiya ilə hərbi münaqişəyə daxil olacağını istisna edib, amma deyib ki, ABŞ və müttəfiqləri Ukraynaya hərbi müdaxiləsi halında Rusiyaya qarşı mühüm iqtisadi sanksiyalar tətbiq edəcək.