Beynəlxalq müşahidəçi qrupu Malayziya təyyarəsinin düşdüyü bölgəyə daxil ola bilib

Beynəlxalq müşahidəçi qrupu günlərlə davam edən yubadılmalardan sonra Malayziya təyyarəsinin düşdüyü bölgəyə daxil ola bilib.

ATƏT bu inkişafın bu gün əldə edildiyini bəyan edib. Ekspertlər mühüm dəlilləri əldə etməklə yanaşı, hadisə yerində qalmış cəsədlərin kimliyinin müəyyən edilməsi üçün onların Hollandiyaya göndərilməsini təmin etməlidir.

Ukrayna döyüşlərə bir gün fasilə verməklə beynəlxalq müşahidəçi komandasının işinə yardım etməyə çalışır.

Rəsmi Kiyevin bildirdiyinə görə, döyüşlər BMT-nin baş katibinin xahişinə əsasən dayandırılıb.

Bu gün Hollandiyada danışan Malayziyanın baş naziri Nacib Razak təcili atəşkəsə çağırıb. O, müşahidəçi qrupunun fəaliyyətinin tam şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb.

298 cəsədin 200-ü kimliyiklərinin müəyyən edilməsi məqsədi ilə Hollandiyaya göndərilib.