Azərbaycan silahlı qüvvələrinin əsgəri həlak olub

Cəbhə

Hərbçi snayper atəşi ilə öldürülüb
Ermənistanın atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Akif Baxşıyev döyüş tapşırığını yerinə yetirərkən snayper atəşindən həlak olub.

İsmayıllı rayonundan hərbi xidmətə çağırılmış əsgər cəbhənin Tərtər rayonu istiqamətində həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib.