BMT-də Ukraynadakı vəhşiliklərə görə cavabdehlik çağırışları artır

Ukrayna xarici işlər nazirinin müavini çərşənbə günü deyib ki, Rusiya qoşunlarının ölkəsində törətdikləri müharibə cinayətlərinin siyahısı hər gün artır və onların cavabdeh tutulması çox vacibdir.

“Mariupol şəhəri toza çevrilib,” Emine Japarova BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi görüşü zamanı deyib. “Minlərlə mülki vətəndaş blokadada, susuz, işıqsız, rabitəsiz və insanların ehtiyacı olan zəruri şeylərsiz qalıb.”

O deyib ki, Ukrayna şəhərlərində hər gün kütləvi mərazlıqlar və basdırılmış cəsədlər tapılır və Rusiya əsgərləri mülki vətəndaşlara qarşı cinayətlər, o cümlədən işgəncə, zorlama və qətl törədir.

“Rusiya bir dövlət olaraq cinayətlərinə görə cavabdeh tutulmalıdır,” o deyib və əlavə edib ki, cinayətləri törədən şəxslər də məsuliyyətə cəlb olunmalıdır.

“Bir qızı zorlayıb, dişlərini sökən, velosiped sürən kişini öldürən, çörək növbəsində gözləyən insanları güllələyən, humanitar karvanlara, doğum evlərinə, təcili tibbi yardımlara, maşınalara atəş açanlar. Bu insanların aldarı və üzləri var və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar,” Japarova deyib.

8000 təhqiqat

Kyivdə Ukraynanın baş prokuroru İrina Venediktova deyib ki, baş prokurorluq zorakılıq ittihamları ilə əlaqədar 8000 istintaq başladıb və bu siyahı artmaqda davam edir.

Bir neçə hökumət Ukraynaya istintaqı yürütməyə və zorakılıq hallarını sənədləşdirməyə yardım etməyi təklif edib.

40-dan çox ölkə misli görünməmiş addım ataraq Ukraynadakı vəziyyətlə bağlı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Baş prokuror Kərim Xan Ukraynaya iki dəfə səfər edib və oraya ekspertlər, hüquqşünaslar və antropoloqlardan ibarət təhqiqatçı komanda göndərib.

O, Rusiyaya üç kommunikasiya göndərdiyini, amma Rusiyadan hələ ki, cavab almadığını bildirib. O, Moskvanı onun ofisi ilə əməkdaşlıq etməyə çağırıb və deyib ki, əgər Rusiya ona qarşı sürülən ittihamların saxta olduğunu göstərmək istəyirsə, bunun ən yaxşı yolu onları araşdırmaqdır.

“Mənim idarəm və mənim özümün həqiqəti üzə çıxarmaqdan başqa siyasi gündəmimiz yoxdur,” o, üzv ölkələrə deyib.

Ancaq Rusiyanın nümayəndəsi Beynəlxalq Cinayət Məhkəməsinin Birləşmiş Ştatlar və Britaniya kimi ölkələrin tətbiq etdiyi siyasi və maddi təzyiqdən təsirləndiyini deyib.

“Beynəlxalq Cinayət Məhkəməsi siyasi alətdir və ədalətlə heç bir əlaqəsi yoxdur,” Rusiyanın hüquqi müşaviri Sergey Leonidçenki deyib.

Yeni cinayətlər məsələsinə gəldiksə isə ABŞ-ın nümayəndəsi deyib ki, Vaşinqtonda Rusiyanın Donetsk yaxınlığındakı hərbi bölmələrinin təslim olmağa cəhd edən ukraynalıları saxlamaq əvəzinə öldürdüklərinə dair etibarlı məlumat var.

Dərin narahatlıq doğuran hadisələr

ABŞ-ın Qlobal Cinayət Ədaləti üzrə nümayəndəsi Bet Van Şaak deyib ki, əgər bu həqiqətdirsə, təslim olan mülki vətəndaşların məhkəməsiz edamını qadağan edən müharibənin əsas prinsipini pozur.

“Bu görüntülər və məlumatlar bu vəhşiliklərin özbaşına hərəkət edən bölmələr və ya şəxslərin əməlləri deyil, əksinə onlar Ruisya qüvvələrinin olduğu bütün ərazilərdə dərin narahatlıq doğuran sistemik zorakılığın olduğunu üzə çıxarır,” o deyib.

Rusiyanın bir sıra zorakılıqlar törətdiyi qeydə alınıb. Buna Rusiya qoşunlarının 2015-ci ildən bəri Prezident Bəşər əl-Əsədin qüvvələrini dəstəklədiyi Suriya daxildir.

“Bizim Ukraynada müşahidə etdiyimiz zorakılıqlar Rusiya qüvvələrinin Suriya kimi başqa yerlərdə sənədləşdirilən ağır cinayətləri ilə uyğun gəlir,” Human Rights Watch təşkilatından Ayda Soyer Kyivdən bildirib. “Bu zorakılıqlara görə cavabdehliyin olmaması, təəssüf ki, bu gün baş verənlərə gətirib çıxarıb.”

İnsan hüquqları müdafiəçisi və fəal Amal Kluni deyib ki, Kyiv yaxınlığındakı Buça şəhərindəki dəhşətli görüntülər ona 2012-ci ildə Suriyanın şimal-qərindəki Hula şəhərində, çox uşaq olmaqla, 108 mülki vətəndaşın qətliamını xatırladıb.

“Bu Təhlükəsizlik Şurası qətlləri tənqid etmək üçün təcili iclas keçirdi və insanlar bunun cavabdehlilik məsələsində dönüş nöqtəsi olacağını düşündü. Amma bu belə olmadı,” Kluni deyib. “İndi isə Hələbdə dincə əhaliyə qəddar hücum edən “qəssab” kimi tanınan eyni rus general Mariupolda günahsız insanlara qarşı qırğın edir.”

O, diplomatları müharibənin davam etdiyi bir vaxtda zorakılığa qarşı hissizləşib, təkcə, heç vaxt təmin edilməyən ədalətə çağırış etməməyə çağırıb.